6 C
Baku
Sunday, December 15, 2024

“Mercedes-Benz” Rusiyaya avtomobil tədarükünü dayandırır

Mercedes-Benz şirkəti Rusiyaya avtomobil ixracını dayandıracaq, bu barədə şirkətin rəsmi “Twitter” səhifəsi məlumat yayıb. Tədbir növbəti bildirişə qədər qüvvədə qalacaq.

Banker.az bu barədə “İncrussia”ya istinadən xəbər verir.

vtomobil istehsalçısı Rusiyaya avtomobil və furqonlar tədarük etməyəcək.

“Mercedes-Benz” istehsalı və daxili bazara məhsul tədarükünü dayandıran ilk şirkət deyil. Martın 1-də Amerika motosiklet istehsalçısı “Harley-Davidson” Rusiyadakı fəaliyyətini dayandırdığını elan etmişdi.

Əvvəllər “Volvo”, “General Motors” (“Buick”, “Cadillac”, “Chevrolet” və “GMC”), “Volkswagen” (“Volkswagen”, “Skoda”, “Audi”, “Lamborghini”, “Bentley” və “Ducati”), “Daimler Truck” və “Scania” eyni addımı atıb.

Son xəbərlər
Digər xəbərlər