10 C
Baku
Thursday, December 12, 2024

“Mercedes-Benz” “Tesla”nı keçərək dünyanın ən bahalı avtomobil markası olub

“Mercedes-Benz” elektrik avtomobil istehsalçısı “Tesla”nı keçərək dünyanın ən bahalı avtomobil markaları reytinqində birinci yeri tutub, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“Tesla” keçən il birinci yeri tutmuşdu. “Mercedes-Benz” markasının dəyəri 1% artaraq 59.4 milyard dollar olub, “Tesla” isə 12% ucuzlaşaraq 58.3 milyard dollar dəyərində qiymətləndirilir.

“Brand Finance” analitikləri bunu şirkətin qurucusu İlon Mask ətrafında baş verən qalmaqallarla əlaqələndirirlər ki, bu da “Tesla”nın reputasiyasına mənfi təsir göstərir.

İlk beşliyə həmçinin “Toyota” (52.7 milyard dollar), “Porsche” (43.1 milyard dollar) və “BMW” (41 milyard dollar) daxildir. Ən bahalı Çin avtomobil markası isə “BYD” olub – onun dəyəri 20% artaraq 12.1 milyard dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər