31 yanvar 2022-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 72.7 milyon dollar təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin dekabr ayının sonu ilə müqayisədə valyuta ehtiyatları 2.3 milyon dollar azalıb. 30 Dekabr 2021-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 75 milyon dollara çatmışdı.