9 C
Baku
Thursday, December 12, 2024

Mesajların “Instagram” və “Facebook”da paylaşılmasının qarşısını almaq mümkün olacaq

“Meta” şirkətinin sahib olduğu “Instagram” sosial şəbəkəsinin “X”ə rəqib olaraq yaradılan “Threads” tətbiqi istifadəçilərini yeniliklə sevindirib.

Bundan sonra “Threads” istifadəçiləri paylaşdıqları statusların “Facebook” və “Instagram”da yayımlanmasının qarşısını ala biləcək. Bunun üçün “Threads”ə daxil oldquda sağ tərəfdəki küncün üzərində iki seçimə toxunmaq kifayət edəcək.

“Gizlilik” panelinə daxil olduqdan sonra statusların digər sosial şəbəkələrdə yayımlanmasının qarşısnı almaq üçün məhdudiyyət tətbiq etmək mümkün olacaq.

Qeyd edək ki, “Meta”nın rəhbəri olan Mark Zukerberq ötən ay verdiyi açıqlamada bildirib ki, “Threads” aylıq olaraq 100 milyon istifadəçiyə sahibdir. O yaxın zamanlarda bu tətbiqdə bir sıra dəyişikliklərin olacağını da proqnoz edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər