10 C
Baku
Thursday, December 12, 2024

“Meta” daha 10 min işçini ixtisar edir

Yaxın bir neçə ayda “Meta” şirkəti ixtisarlar həyata keçirəcək. Ümumilikdə 10 minə yaxın insan ixtisar olunacaq və 5 minə yaxın əlavə vakansiya bağlanacaq, bu barədə şirkətin sahibi Mark Zukerberq “Facebook” səhifəsində bildirib.

“Növbəti bir neçə ay ərzində təşkilat rəhbərləri ixtisarlara, daha aşağı prioritet layihələrin ləğvinə və işə qəbul dərəcələrinin aşağı salınmasına yönəlmiş restrukturizasiya planlarını açıqlayacaqlar”, – deyə Zukerberq yazıb.

Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Restrukturizasiyadan sonra şirkət hər bir qrup üzrə işə qəbul və transferlərin dondurulmasını aradan qaldırmağı planlaşdırır. Zukerberqin fikrincə, bu cür dəyişikliklər həm daha yığcam və texniki şirkət yaratmağa kömək edəcək, həm də biznesin səmərəliliyini artıracaq.

“The Wall Street Journal” qəzeti “Meta”nın işçilərini ixtisar etmək planları haqqında hələ ötən ilin noyabrında yazmışdı. Bundan əvvəl o, şirkətin xərclərini ən azı 10% azaltmağı planlaşdırdığını bildirmişdi.

“Meta”nın ötən il üzrə hesabatına görə, 2021-ci illə müqayisədə gəliri 1% azalaraq 116.6 milyard dollar, xalis mənfəəti isə 41% azalaraq 23.2 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər