-1 C
Baku
Sunday, December 15, 2024

“Meta” “Facebook” və “Instagram” üzərindən reklam üçün istifadəçilərin şəxsi məlumatlarından istifadə edə bilməyəcək

“Meta” şirkəti tezliklə “Facebook” və “Instagram” üzərindən avropalı istifadəçilərə reklam ötürmək üçün onların şəxsi məlumatlarından istifadə edə bilməyəcək.

Bununla bağlı Avropa İttifaqı miqyasında “Meta”ya qadağaların tətbiqi və bir sıra detallar müzakirə edilib. Bu prosesin növbəti həftənin sonunda yekunlaşa biləcəyi bəyan edilib.

Avropa Məlumatların Mühafizəsi Şurası (European Data Protection Board) tərəfindən də şirkətə qarşı məhdudiyyətlər elan olunub.

Qeyd edək ki, bu, Avropada “Meta”nın biznes modelinə tətbiq edilən ən son təzyiqdir.

Xatırladaq ki, bir müddət öncə “Meta” şirkəti bəyan etmişdi ki, noyabrdan etibarən istifadəçilərə daha uyğun təkliflər verəcək. Şirkət bildirib ki, artıq bir müddətdir ki, bununla bağlı Avropa Məlumatların Mühafizəsi Şurası ilə müzakirələr aparır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər