25 C
Baku
Saturday, April 27, 2024

“Meta” “Gihpy” xidmətini “Shutterstock”a 53 mln. dollara – alış qiymətindən yeddi dəfə ucuz satıb

“Shutterstock” “Giphy”ni 53 milyon dollara aldığını elan edib. Müqavilənin 2023-cü ilin iyununda bağlanacağı gözlənilir. Platformanın yeni sahibinin sözlərinə görə, “Giphy” gündəlik 1.3 milyard GIF axtarış sorğusunu idarə edir. Kitabxana təkcə istifadəçilər tərəfindən deyil, həm də tərəfdaşlar (“NBC”, “Disney”, “Netflix”, “NFL”, “MLB” və “NBA”) tərəfindən doldurulur.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

“Giphy” vasitəsilə fotobank öz kitabxanasını genişləndirəcək və “Shutterstock Studios” ilə “Giphy Studios”u birləşdirəcək. “Facebook” “Giphy”ni 2020-ci ilin may ayında 400 milyon dollara alıb.

Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi 2021-ci ilin yanvarında şirkətin rəqabət platformalarından GIF-ləri siləcəyinə dair narahatlıqlar səbəbindən sövdələşmə ilə bağlı araşdırmaya başlayıb.

2021-ci ilin noyabrında Britaniya tənzimləyicisi “Meta”ya “Giphy”i satmağı əmr edib, o, bu qərarı ilkin sövdələşmənin sosial şəbəkələrin sahibinə reklam bazarında potensial rəqibdən qurtulmasına imkan verməsi ilə izah edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər