“Meta” şirkəti süni intellektə əsaslanan özünün LLaMA dil modelini işə salır.
Bu barədə şirkətin rəhbəri Mark Zukerberq feysbuk səhifəsində yazıb.
“Bu gün biz tədqiqatçılara işlərini inkişaf etdirməyə kömək edəcək LLaMA adlı yeni müasir böyük dil modelini işə salırıq”, – o bildirib.
M.Zukerberqin sözlərinə görə, dil modeli mətnin yaradılmasında, söhbətlərdə, yazılı materialın ümumiləşdirilməsində və riyazi teoremlərin həlli və ya zülal strukturlarının proqnozlaşdırılması kimi daha mürəkkəb tapşırıqlarda perspektiv nümayiş etdirib.
Eyni zamanda şirkət xəbərdarlıq edib ki, böyük dil modellərində qərəz, toksik şərhlər və halüsinasiyalar risklərini aradan qaldırmaq üçün hələ daha çox araşdırma tələb olunur.
LLaMA-ya giriş fərdi əsasda akademik tədqiqatçılara, dövlət və ictimai təşkilatlara, dünya üzrə tədqiqat laboratoriyalarına təmin ediləcək.