“Meta Platforms Inc” yaxın həftələrdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Facebook” və “Instagram” hesablarını bərpa edəcək. Xatırladaq ki, Trampın hesabları 2021-ci il yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücumundan sonra dayandırılıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Yaxın həftələrdə biz cənab Trampın “Facebook” və “Instagram” hesablarının bloklanmasına son qoyacağıq. Yenidən cinayətlərin qarşısını almaq üçün yeni müdafiə vasitələri tətbiq etdik”, – mesajda deyilir.
Şirkət qeyd edib ki, ABŞ-ın keçmiş prezidentinin sosial şəbəkələrdən “qovulması” fövqəladə şəraitdə qəbul edilmiş fövqəladə qərardır.
Noyabrın 20-də İlon Mask sosial şəbəkənin sahibi olduqdan sonra Donald Trampın “Twitter” hesabı blokdan çıxarılıb.