8 C
Baku
Thursday, December 12, 2024

“Meta” “Twitter”in analoqunu işə salır

“Meta” şirkəti “Twitter”ə rəqib ola biləcək “Threads” platformasını işə salmağı planlaşdırır, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir. “Threads” artıq iyulun 5-dən əlçatan olacaq, onu “App Store”dan yükləmək mümkündür.

Tətbiq “Twitter” kimi işləyəcək və analoji funksiyalara sahib olacaq. Həmçinin istifadəçilər qeydiyyatdan keçmədən “Threads”ə “Instagram” hesablarından girə biləcəklər.

Yeni tətbiq yaratmaqla “Meta” korporasiyası “Twitter”in problemlərindən yararlanmağa çalışır. “The Wall Street Journal” xatırladır ki, son doqquz ay ərzində “Twitter” çoxsaylı texniki problemlərlə üzləşib, minlərlə işçini işdən çıxarıb, istifadəçiləri və reklamçılarını itirib və məzmunun moderasiyası siyasətini yüngülləşdirdiyinə görə tənqid edilib.

İyulun 3-də “Nasdaq”da hərracların bağlanışına qədər “Meta” səhmləri 0.33%, iyulun 4-də isə 0.11% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər