13 C
Baku
Friday, May 17, 2024

“Meta”da yenidən ixtisarlar olacaq

Feysbuk, instaqram və vatsapın ana şirkəti olan “Meta” qısa müddət ərzində minlərlə işçini əhatə edəcək bir sıra yeni ixtisarlar elan etməyə hazırlaşır.

Bu haqda “Bloomberg” məlumat yayıb.

Keçən ilin noyabr ayında sosial şəbəkə nəhəngi təxminən 11 000 nəfəri və ya işçi qüvvəsinin təxminən 13 faizini işdən çıxarmağı əhatə edən əsas xərclərin azaldılması planını açıqlamışdı. Bildirilən ixtisarlar bunlara əlavə olaraq olacaq.

“Bloomberg”in mövzu ilə tanış olan mənbələrə əsaslanan xəbərinə görə, işçilərin ixtisarı şirkətin maliyyə hədəfləri nəzərə alınaraq qəbul edilib.

Qeyd edək ki, fevral ayında “Meta”nın CEO-su Mark Zukerberq əhəmiyyətli xərclərin azaldılmasını hədəfləyən 2023-cü ili “Məhsuldarlıq ili” elan edib. Bu addım “Meta”nın rəqəmsal reklam gəlirlərində kəskin yavaşlama və məyusedici qazanc gördükdən sonra baş verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər