“METAK” Türkiyə şirkətinin filialı ilə məhkəmə çəkişməsindədir

“METAK” Məhdud Məsuliyyətli Cəmiyyət “Vepa Mühendislik Elektrik Mekanik İnşaat Taahtüt İthalat İhracat Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycandakı filialını məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “METAK” alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Nərmin Əhmədovanınsədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, METAK şirkəti fəaliyyətə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olub.

 

Son xəbərlər
Digər xəbərlər