8 C
Baku
Friday, March 29, 2024

“Meta”nın bazar dəyəri $65 milyard azalıb

Rüblük hesabatların dərcindən sonra “Meta”nın səhmləri 20% ucuzlaşaraq şirkətin kapitallaşmasını 65 milyard dollar azalıb. Qiymətləndirmələrə görə, hal-hazırda şirkətin bazar dəyəri 350 milyard dollar təşkil edir. “Business Insider”in bildirdiyi kimi, “Meta”nın xalis gəliri 52% azalaraq 4.4 milyard dollar olub.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkət bu il metaserverini inkişaf etdirən seqmentə 9 milyard dollardan çox pul xərclədiyini, təkcə üçüncü rübdə xərclərin 3.7 milyard dollar təşkil etdiyini söyləyib. 2021-ci ildə “Reality Labs” demək olar ki, 10 milyard dollar xərcləyib.

İnvestorlar və analitiklər metaserverə çəkilən xərclərdən narahatdırlar. Bundan əvvəl “Meta”nın əsas investoru olan “Altimeter Capital” şirkətə “Özünü formaya salma vaxtının” olduğunu qeyd edərək, metaserverə çəkilən xərcləri ildə 5 milyard dollarla məhdudlaşdırmağı xahiş edib.

Şirkətin ümumi xərcləri də durmadan artır. 2022-ci ildə onlar 85 milyard dollardan 87 milyard dollara qədər qalxıb, gələn il isə 96 milyard dollardan 101 milyard dollara qədər artacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər