“Bakı Metropoliteni” QSC bəzi işçilərin öz hesabına məzuniyyətə göndərilməsi, əmək haqqı ala bilməməsilə ilə bağlı xəbərlərə münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, bu, qurumun tikinti sektorunda iş həcminin azalması ilə bağlıdır:
“Metroda tikintidə iş həcmi azaldığı üçün işçilər növbəli halda məzuniyyətə gedir. Məzuniyyətə gedənlər əsasən, “Bənövşəyi xətt”in tikintisində işləyirdilər. Onlar “Avtovağzal”, “Memar Əcəmi” və şərti adı “B-3” olan stansiyaların tikintisində çalışırdılar. İndi “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında iş yekunlaşıb və stansiyalar artıq istifadəyə verilib. Ona görə də həmin stansiyaların tikintisində işləyənlər növbəli məzuniyyətə gedir”.