15 C
Baku
Friday, April 26, 2024

Metroda bank kartları ilə ödənişin ilk sınağı uğurlu olub

Bakı metrosunda bank kartları ilə ödənişin tətbiqi istiqamətində işlər davam etdirilir.

Bunu “Bakı Metropoliteni” QSC -nin sədr müavini Hidayət Məmmədov bu gün Bakı metropoliteninin 55 illiyinə həsr edilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Sədr müavini bildirib ki, texniki dizayn işləri davam etdirilir.

“İlkin sınaq işləri uğurla aparılıb. Bakı Metropolitenindən eyni zamanda kifayət qədər çox sayda sərnişin istifadə etdiyindən sistemin texniki funksionallığı ən optimal həddə olmalıdır. Yəni, bura kifayət qədər çoxsaylı məsələlərin həlli vacibdir. Bütün sınaqlar tam başa çatdırılıb, sisteminin problemsiz fəaliyyəti təmin edildikdən sonra konkret tətbiq istiqamətində məlumatlar veriləcək”.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər