12 C
Baku
Wednesday, December 11, 2024

Metroda sərnişinlərin hərarəti yoxlanılacaq

Metropoliten stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsilə yoxlanılacaq.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, minimum intervalla təmin olunacaq.

Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə audio, vizual, statik məlumatlandırma üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq. Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olması məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulacaq.

Son xəbərlər
Digər xəbərlər