9 C
Baku
Thursday, December 12, 2024

Metroda yeni qatar istifadəyə verilib

“Bakı Metropoliteni” QSC 20-ci yeni nəsil qatarı xəttə buraxıb.

Bu barədə qurumdan məlumat verilib.

Bilidirilir ki, yaxın vaxtlarda hər biri 5 vaqondan ibarət 3 qatar tərkibi də sazlama və sınaq işlərindən sonra mərhələ ilə sərnişindaşıma prosesinə cəlb ediləcək. Bununla da vaqon parkında ən son nəsil vaqonların sayı 115-ə, yaxud qatarların sayı 23-ə çatdırılacaq.

Xatırladaq ki, yeni qatarlar texniki parametrləri ilə əvvəlkilərdən fərqlidir. Onların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovatdır. Sifarişçinin texniki tələblərinə uyğun olaraq, vaqonlar Bakının yeraltı yollarının ağır hidrogeoloji şəraiti, Bakı metropoliteninin mürəkkəb xüsusiyyətləri nəzərə alınmaqla istehsal edilib. Məsələn, yol profilinin mürrəkkəbliyi qatar tərkibinin bütün vaqonlarının dartı mühərriki ilə təmin olunması tələbini doğurub.

Eləcə də vaqonlarda qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər, daxili və xarici videomüşahidə cihazları qurulub. Videomüşahidə maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, vəziyyəti qiymətləndirməyə imkan verir. Sahəsi genişləndirilmiş maşinist kabinası sayıqlığa nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın toplanıb saxlanmaqla maşinistin monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər