“Bakı Metropoliteni” QSC rəqəmsal həllərin tətbiqi üçün 5.2 milyon manatlıq tender elan edir.
Banker.az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti rəqəmsal həllərin tətbiqi xidmətinin satın alınması məqsədilə tender elan edib.
Müsabiqənin rəsmi şərtlərinə əsasən, satınalmanın predmeti məzmun idarəetmə proqram təminatı və müvafiq rəqəmsal xidmətlərin qurulmasından ibarətdir.
“Bakı Metropoliteni” QSC bu layihə üçün 5 237 739 manat məbləğində ehtimal olunan qiymət müəyyənləşdirib.







