6 C
Baku
Sunday, December 15, 2024

Metronun Həzi Aslanov–Dərnəgül xəttinə gələn ay 2 yeni qatar buraxılacaq

“Bakı Metropoliteni” QSC Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı 2 yeni qatarı Həzi Aslanov-Dərnəgül xəttinə buraxmağı planlaşdırır.

Müasir standartlara cavab verən 81-765B/766 B tipli vaqonlar 10 vaqon artıq Bakıya yola salınıb.

Qatarlar oktyabrın ilk günlərində metronun elektrik deposuna çatmalıdır.

Səhmdar cəmiyyətinin Rusiya şirkətinə sifariş verdiyi qalan 2 qatarın (10 vaqonun) isə gələn ayın sonunda Azərbaycana göndərilməsi, sınaq-sazlama işlərindən sonra noyabrın sonunda və yaxud dekabrın əvvəlində istismara verilməsi nəzərdə tutulur.

2019-cu ilin oktyabrında bağlanmış 3 illik müqaviləyə uyğun olaraq, adıkeçən müəssisə 2020-2022-ci illər ərzində “Bakı Metropoliteni”ni hər il 20 vaqon olmaqla, ümumilikdə 60 yeni vaqonla təmin etməlidir. Əvvəlki iki ildə vaqonlardan 40-ı Bakıya gətirilərək, sınaq-sazlama işlərindən sonra xəttə buraxılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər