-1 C
Baku
Sunday, December 15, 2024

Metronun qış hərəkət qrafikində dəyişiklik edilib

“Bakı Metropoliteni” QSC-nin qış hərəkət qrafikində dəyişiklik edilib və sərnişin sıxlığı nəzərə alınaraq pik saatların vaxtı gün ərzində 2 saat artırılıb.

QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib:

“Əvvəlcədən sıxlıq yaranacağı təqdirdə, nəzərdə tutulmuş ehtiyat tədbirləri çərçivəsində səhər və axşam saatlarında pik saatların həcmi müvafiq olaraq 1 saat artırlıdı. Belə ki, ilk olaraq səhərlər pik saatlar 07:30-09:30 arası, axşam vaxtı isə 17:30-19:30 müəyyən edilmişdi. Amma ötən gün aparılmış monitorinqlər nəticəsində sərnişin sıxlığını nəzərə alınaraq bu vaxtlar müvafiq olaraq 07:00-10:00 arası, 17:00-20:00 arasına dəyişdirilib.

Əlavə etmək istəyirəm ki, mütəmadi olaraq monitorinqləri davam etdiririk. Sərnişin sıxlığı azalarsa yenidən əvvəlki qaydada sərnişin daşınması həyata keçiriləcək”.

Qeyd edək ki, qış qrafikinə görə, qatarlar arasındakı interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda 2.5 dəqiqə müəyyən olunub. Gecə saatlarında isə interval 3 dəqiqəyə qədər artırıla bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər