-3 C
Baku
Sunday, December 15, 2024

Metropolitenə bu il 35 qatarın gətirilməsi gözlənilir

“Tədqiqatlar apardıqdan sonra aydın oldu ki, “20 Yanvar” layihəsinə 7 bağlantı, 7 yol qovşağı ilə birlikdə baxırıq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, əsas problem “20 Yanvar” deyil:

“Bu həll olunsa, digər istiqamətlərdə biz bu tıxacla rastlaşacağıq. Ona görə məsələyə kompleks baxırıq”.

O qeyd edib ki, cari il ərzində qatar parkının da sayı 2 dəfə artacaq:

“Metropolitenə bu il 35 qatarın gətirilməsi gözlənilir. Bu da problemlərin həllinə yönələcək”.

Son xəbərlər
Digər xəbərlər