13 C
Baku
Tuesday, May 14, 2024

Metropoliten “20 Yanvar” keçidindəki ticarət köşklərinin yığışdırılması ilə bağlı müraciət edib

“Bakı Metropoliteni” QSC metronun “20 Yanvar” stansiyasındakı keçiddə olan köşklərin yığışdırılması üçün aidiyyatı qurumlara müraciət edib.

Bunu “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, həmin qurumlar metroya qane edici cavab verməyib.

“Yalnız metronun “20 Yanvar” stansiyasına gedən keçiddə belə bir ticarət köşkləri görə bilərsiniz. O keçid isə “Bakı Metropoliteni” QSC-nin ərazisinə daxil olmayan mülkiyyətdir. Amma digər stansiyalarda isə yalnız aptek və gül dükanları açılıb. Onlar isə gediş-gəlişə qətiyyən mane olmur.

Yəqin ki, əvvəlki illərdə metroda olan ticarət yerlərini görmüşdünüz. Az qalırdı sərnişinlər böyür-böyürə getsin.

“20 Yanvar” stansiyasına gedən keçiddəki ticarət köşkləri ilə də bağlı aidiyyəti üzrə müraciətlərimiz olub. Amma bizə sizi qane edəcək cavab gəlməyib. Bir sözlə bu, özəl mülkiyyətdir və onunla bağlı addım atmaq bizim səlahiyyətimiz deyil”, – QSC-nin Baş mühəndisi deyib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər