7 C
Baku
Sunday, December 15, 2024

Metropoliten işçilərinin peşə bayramı günü dəyişdirildi

Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.

Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər günü kimi qeyd olunur.

Son xəbərlər
Digər xəbərlər