2 C
Baku
Saturday, December 14, 2024

“MFX-Trading İnvestisiya Şirkəti”nin zərəri 39 % artıb

“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2022-ci ili 304 min manat zərərlə başa vurub. 2021ci ildə investisiya şirkətinin zərəri 218 min manat olub ki, bu da illik müqayisədə 39.4% çoxdur.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “MFX-Trading İnvestisiya Şirkəti”nin gəlirləri 22 manat (əvvəlki il 22 min manat ), ümumi gəlir və inzibati xərcləri 304 min manat (əvvəlki ilə nisbətən 27% çox) olub.

“MFX-Trading İnvestisiya Şirkəti”nin ötən il əməkhaqqı xərcləri 34 min manat, sosial müdafiə/məşğulluq fondu xərcləri 7 min manat, amortizasiya xərcləri 12 min manat təşkil edib.

Ötən il investisiya şirkətinin aktivləri 388 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 23% azdır.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti”nu 2020 ilin avqust ayında dövlət qeydiyyatına alıb.

m1 m2

Son xəbərlər
Digər xəbərlər