22 C
Baku
Sunday, April 28, 2024

“Microsoft”, “Alibaba” və başqaları süni intellektə daha $1 mlrd. sərmayə qoyur

“Alibaba”, “Microsoft” və “Tencent” süni intellekt tərtibatçısı “Moonshot AI” startapına 1 milyard dollar sərmayə qoyublar. Məlumata görə, maliyyə raunduna “Alibaba” rəhbərlik edib.

“Bloomberg” yazır ki, “Moonshot AI” 2023-cü ilin martında yaradılıb, o, Çində generativ süni intellekt inkişaf etdirən ən məşhur startaplardan biridir. Noyabr ayında şirkət “Kimi” çat-botunu təqdim edib və süni intellekt proqramlarının yaradılması üçün platformanı işə salıb. Sayt həmçinin bildirir ki, “Moonshot AI” komandasına “Google”un “Gemini” və “Bard”, “Meta”nın “LLaMa” modeli və “Stable Diffusion”a töhfə verən tədqiqatçıları daxildir.

Startap raundla bağlı şərh bildirməyib. 2024-cü ilin fevralında “Bloomberg” həmçinin “Microsoft”, “Amazon” və digər şirkətlərin “Figure AI” nsanabənzər robotların inkişafına 675 milyon dollar sərmayə qoyduğunu bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər