6 C
Baku
Monday, December 16, 2024

Microsoft İndoneziyada süni intellektin inkişafına 1.7 milyard dollar ayıracaq

ABŞ-nin “Microsoft” texnologiya korporasiyası qarşıdakı dörd il ərzində İndoneziyada süni intellektin və bulud infrastrukturunun inkişafına 1.7 milyard dollar sərmayə yatıracaq.

Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, bu, texnologiya nəhənginin ölkədəki 29 illik tarixində ən böyük investisiyadır. Microsoft, həmçinin 840 min indoneziyalıya süni intellektlə işləmək və ölkədə texnologiya tərtibatçılarına dəstək vermək niyyətindədir.

İndoneziya hökuməti 2045-ci ilədək ölkəni “qlobal iqtisadi gücə” çevrilməyi hədəfləyir. Microsoft əmindir ki, onun investisiyaları bu planın həyata keçirilməsinə töhfə verəcək. İndoneziyanın rabitə və informasiya naziri Buri Ari Setiadi öz növbəsində qeyd edib ki, ABŞ korporasiyası ilə əməkdaşlıq “ölkəsi üçün yeni üfüqlər açacaq” və bunun nəticəsində İndoneziya “qlobal texnologiya zəncirində əsas iştirakçıya çevrilə biləcək”.

Kearney konsaltinq firmasının araşdırmasına görə, 2030-cu ilədək Cənub-Şərqi Asiyanın ümumi daxili məhsulunda süni intellektin payı təxminən 1 trilyon dollar təşkil edə bilər ki, bu məbləğin də 366 milyard dolları İndoneziyanın payına düşəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər