1 C
Baku
Saturday, December 14, 2024

“Microsoft” öz proqramlarında parollardan imtina etməyi planlaşdırır

Mənbələrin məlumatına görə, “Microsoft” öz məhsullarında parollardan imtina etməyi planlaşdırır. Şirkət uzun müddətdir ki belə autentifikasiya növünün təhlükəli olmasından bəhs edir.

“Microsoft”un proqramları artıq 2021-ci ildə parollardan istifadəni dayandıracaq. Mənbənin məlumatına görə, şirkət yeni API və istifadəçi interfeysinin yaradılması üzərində işləyir. Onlar “FIDO2” standartına əsaslanan xüsusi təhlükəsizlik açarlarını idarə etmək üçün istifadə olunacaq. Bundan başqa, müştərilər “Microsoft” korporasiyası tərəfindən hazırlanan “vahid qeydiyyat portalı”ndan təhlükəsizlik açarlarını idarə etmək üçün istifadə edə biləcəklər. İstifadəçi üçün belə autentifikasiya üsulu daha sadə olmalıdır – istifadəçi adı və ya parolunu daxil etmək lazım deyil.

“Microsoft” korporasiyasının məlumatına görə, kiberhücumların 80%-nin məqsədi parolu oğurlamaqdır.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər