16 C
Baku
Friday, May 3, 2024

MİDA Cəbrayılda yaşayış binalarını 41 milyon manata tikəcək – 4 şirkətlə müqavilə

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti 4 şirkətlə 41 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər Hovers Group MMC, Körpü-Bina-Tikinti MMC və Yar İnşaat Təmir-Tikinti MMC, Merkuri İnşaat MMC konsorsiumdur.

Hovers Group MMC ilə bağlanmış müqavilədə  Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 23, 24, 25, 26, 27, 28 və 29 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Müqavilənin məbləği 13.490.813 manatdır.

Körpü-Bina-Tikinti MMC ilə olan 1-ci müqavilə Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisidir. Müqavilənin dəyəri 10.745.446 manatdır. Məbləği 9.538.858 manat olan 2-ci müqavilə isə 11, 12, 13, 14, 15 və 16 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisidir.

Yar İnşaat Təmir-Tikinti MMC, Merkuri İnşaat MMC konsorsium ilə bağlanmış müqavilə Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 30, 31, 32 və 33 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisidən ibarətdir. Müqavilənin dəyəri 7.390.868 manatdır.

 

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər