22 C
Baku
Thursday, May 9, 2024

MİDA yeni sosial mənzillər tikəcək – 11 milyon manatlıq müqavilə imzalandı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yevlaxda sosial evlərin tikintisinə başlayacaq. 

Banker.az xəbər verir ki, “MİDA” MMC Yevlax şəhəri, Rəşad Budaqov küçəsi 1 ünvanında yerləşən 1.9 ha torpaq sahəsində 1, 2 və 3 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “Rabitə İnşaat” ASC ilə müqavilə bağlayıb.

Müqavilənin ümumi dəyəri isə 11 113 266 manatdır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər