“Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilsin”.
Banker.az xəbər verir ki, 23 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Digər sərəncamla 43 yaşlı Mikayıl Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.
Bildirək ki, buna qədər İqtisadiyyat naziri vəzifəsini Şahin Mustafayev icra edirdi.
Mikayıl Cabbarov haqqında
Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. 1992-1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1997-1998-ci illər – ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü il – Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
2013-cü il 19 aprel – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilib. 2017-ci il 5 dekabr – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının vergilər naziri vəzifəsinə təyin edilib.