15 C
Baku
Saturday, May 18, 2024

Mikayıl Cabbarov: “Ötən il ÜDM 5.6%, qeyri-neft sektoru 7.2% artıb”

2021-ci ildə ÜDM 5.6%, o cümlədən qeyri-neft sektoru 7.2% artıb.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Vergi Forumunda çıxışında ÜDM-in artım dinamikasında olan müsbət trendlərdən danışarkən bildirib. O qeyd edib ki, ötən il ÜDM-in nominal həcmi 93 mlrd. manata çatıb ki, bu da 2019-cu illə müqayisədə 11 mlrd. manata yaxın çoxdur.

Nazir xatırladıb ki, qeyri-neft sektorunda ÜDM-in artım tempi sonuncu dəfə 7 faiz həddinə 2014-cü ildə çatmışdı: “Beləliklə, COVID-19 səbəbindən səngimiş iqtisadi fəallıq nəinki bərpa olunub, əksinə, ÜDM-in həcmi daha da böyüyüb. Bu isə ölkə iqtisadiyyatının orta gəlirli ölkələr qrupunda gəlir pilləsində irəliləməkdə olduğunu göstərir”.

udm 2

Son xəbərlər
 ⁠
Digər xəbərlər