8 C
Baku
Friday, December 13, 2024

Mikayıl Cabbarov Qətərin Baş naziri və daxili işlər naziri ilə görüşüb

Azərbaycan və Qətər arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.

“Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani ilə ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini vurğuladıq, həmçinin Azərbaycan və Qətər arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, – paylaşımda qeyd edilib.

31778e66 bff6 3524 b72c a982a5f8c5c3 321

Son xəbərlər
Digər xəbərlər