10 C
Baku
Thursday, December 12, 2024

Mikayıl Cabbarov qeyri-neft sektorundakı göstəricilər barədə yazdı

Azərbaycanda qeyri-neft sektorunun аyrı-аyrı sаhələrinin inkişаfı sürətlənib və ötən il bu sahədə əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi twitter səhifəsində məlumat verib.

Nazir qeyd edib ki, artım turizm və iaşə obyektlərində 34.2%, qeyri-neft sənayesində 17.8%, nəqliyyat və anbar təsərrüfatında 16%, informasiya və rabitədə 6.1%, ticarət və nəqliyyat vasitələrinin təmirində 5.3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqcılıqda isə 3.3% təşkil edib.

qeyri neft sektoru

Son xəbərlər
Digər xəbərlər