15 C
Baku
Friday, April 26, 2024

Mikayıl Cabbarov: “Sənaye zonalarından ixrac 2 dəfə artıb”

“Bu günə qədər Azərbaycandakı sənaye zonalarında dəyəri 5 milyard manatdan çox olan məhsul istehsal edilib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, həmin məhsulun 1,4 milyard manatlıq hissəsi və yaxud 28%-i ixrac olunub.

“Bu ilin 9 ayında isə sənaye zonalarında istehsal edilmiş məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 55,4% artaraq 1,5 milyard manatdan çox, ixrac edilmiş məhsulların dəyəri isə 2 dəfə artaraq 545 milyon manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3%, ixracında isə 25,9% olub”, – nazir qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər