İstehlaka yararsız qida məhsulları məhv edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Milla Dairy” MMC-yə məxsus 7 adda, 13,125 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 59,92 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.