11 C
Baku
Thursday, May 16, 2024

“Milla”nın nizamnamə kapitalı 41 mln. manata yüksəldildi

“AZ FP CO. LTD” MMC (Azerbaijan Food and Packaging Company) 2022-ci ildə yenidən nizamnamə kapitalını artırıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, ölkədə “Milla” brendi ilə qida brendləri istehsal edən “AZ FP CO”nun kapitalı 8 010 000 manat, yaxud 24% artırılmaqla 41 131 038 manata çatdırlıb.

Bununla da 2022-ci il ərzində şirkətin kapitalı 18 330 000 manata artırılmış olub.

2021-ci ilin dekabrında da şirkətin kapitalı (3 320 000 manat) artırılmışdı.

Xatırladaq ki, “Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “AZ FP CO. LTD” MMC 2006-cı ildə yaradılıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər