Milli Məclis iki sazişi ratifikasiya edəcək

Milli Məclis iki sazişi ratifikasiya edəcək.

Bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında aşağıdakı məsələlər müzakirə ediləcək.

– “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

– “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər