10 C
Baku
Wednesday, December 11, 2024

Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edəcək

Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edəcək.

Aprelin 27-də Milli Məclisin İnsan hüquqları və İctimai birliklər və dini qurumlar komitələrinin Şuşada birgə keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;

2. Böyük Qayıdış: “Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;

3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər