Milli Məclis dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlari III oxunuşda təsdiqləyib.
Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında ı oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanuna yeni maddələr əlavə edilir.
Yeni maddələrə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.
Müzakirələrdən sonra dəyişiklik layihəsi III oxunuşda qəbul edilib.