10 C
Baku
Thursday, December 12, 2024

Milli Məclisdə devalvasiya Xəbərdarlığı

Qarabağda görülən işlər, qardaş Türkiyəyə göndərilən yardımlar, xarici casuslara qarşı mübarizə görülən işlərin müsbət istiqamətdə getdiyini göstərir.

Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Deputat müsbət məqamlarla yanaşı, bəzi problemlərdən də söz açıb.

“Ölkədə problemlərdən biri özəlləşdirmə ilə bağlıdır. Niyə özəlləşdirmə aparılmır? Özəlləşdirmə aparılmalıdır ki, vətəndaşlar şirkətlərdə işləyəndə normal əməkhaqqı alsınlar. Digər tərəfdən hesabata baxdıqda görürük ki, şirkətlərin çoxu dövlətə məxsus olsa da, nə qədər vergi ödədiyi qeyd olunmur? Eyni zamanda, təəssüfedici haldır ki, iqtisadiyyatımız hələ də neftdən asılıdır. Əgər neftin qiyməti 2014-ci ildə olduğu kimi düşsə, Azərbaycanda növbəti devalvasiya gözləniləcək. Güclü inflyasiya olacaq. Ona görə də ciddi islahatlar aparılmalı, özəlləşdirmə getməlidir”,- deyə parlamentari xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər