Milli Məclisin payız sessiyasının dekabrın 2-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib, büdcə zərfinin III oxunuşda müzakirəsi təxirə salınıb.
Dəyişikliklə toplantının gündəliyindəki məsələlərin sayı 26-dan 18-ə endirilib.
Belə ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” , “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Tibbi sığorta haqqında”, “Büdcə sistemi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlara, Vergi, Gömrük, Miqrasiya, Əmək məcəllələrinə dəyişiklik layihələri, “Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihələri toplantının gündəliyindən III oxunuş üçün çıxarılıb.
İclasda aşağıdakı məsələlər müzakirə olunacaq:
1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
2. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
10. “Milli arxiv fondu haqqında”, “Dövlət qulluğu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Dövlət sirri haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
13. “Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).