1 C
Baku
Saturday, December 14, 2024

Milyarder Əhmədovun “AZNAR”ı səhm­darlarını toplayır – Dividend elan edəcək

12 iyul 2023-cü il saat 14.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Azərbaycanlı milyarder Fərhad Əhmədovun Göyçaydakı “AZNAR” şirkətinin səhm­darlarının növbəti illik ümumi yığıncağı keçirilə­cək.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə “AzNar” QSC-nin 2022-ci il üçün illik ma­liyyə hesabatlarının müzakirəsi və təsdiqi, “AzNar” QSC-nin 2022-ci maliyyə-təsər­rüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi, “AzNar” QSC-nin direktorlar şurası barə­də, “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi, “AzNar” QSC-nin restrukturizasiyası, yeni törəmə cəmiyyətlərinin və təsərrüfat sub­yektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər daxildir.

Cəmiyyətin bütün səhmdarlarına izah olu­nur ki, səhmdarlar ümumi yığıncağın çağırıl­masına 30 (otuz) gün qalmış gündəliyin layihə­sinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edil­miş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında tanış ola bilərlər.

Ümumi yığıncağa gələn səhmdarlar şəx­siyyəti təsdiqləyən sənəd, səhmdarların nü­mayəndələri isə şəxsiyyətini və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.

Əlaqə telefonu – (+9942027) 4-05-17.

Ünvan – AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120.

Son xəbərlər
Digər xəbərlər