12 C
Baku
Wednesday, December 11, 2024

Milyarder Maykl Blumberq şirkətini sata bilər

Milyarder Maykl Blumberq (Michael Bloomberg) “Radio lowa” radiostansiyasına müsahibəsində bildirib ki, 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürsə, çox güman ki, maliyyə bazarlarının peşəkar iştirakçıları üçün informasiya təchizatçısını və ABŞ-da aparıcı xəbər təşkilatlarından birini – “Bloomberg LP” şirkətini satacaq.

Banker.az bildirir ki, M.Blumberqin sözlərinə görə, o, ya şirkəti satacaq, ya da maraqların toqquşmasının qarşısını almaq üçün onu inanılmış şəxsə etibar edəcək. Lakin əlavə edib ki, 76 yaşında olduğuna görə şirkəti satmaq onun üçün daha məqsədəuyğun olardı.

Qeyd edək ki, “Bloomberg” şirkəti 1981-ci ildə Maykl Blumberq tərəfindən təsis edilib. Hazırda şirkətin səhmlərinin 88 faizi milyarderə məxsusdur.

Azərtac

Son xəbərlər
Digər xəbərlər