17 C
Baku
Saturday, May 4, 2024

MİQ üçün vakant yerlərin sayı açıqlanıb

Bu il müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlərin sayı açıqlanıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli bildirib ki, təxminən 9000-dən artıq vakant yer namizədlərə təqdim olunacaq.

“Müəllimlərin işə qəbulu üzrə test imtahanını artıq beş ildir ki, həyata keçiririk. Bu beş ildə ən çox vakant yer bu il təklif olunur”, – o qeyd edib.

Nurlan İsmayılbəyli deyib ki, sabahdan başlayan MİQ imtahanları üçün ilk sessiyaya qeydiyyat 08:50-də başlayacaq, 09:50-də isə başa çatacaq:

“Bundan sonra qeydiyyat dayanacaq və 10:00-da imtahan başlayacaq. İlk imtahan sessiyası riyaziyyat müəllimliyi üzrə olacaq və 4000-dən artıq namizəd iştirak edəcək. İkinci imtahan sessiyası fiziki tərbiyə, alman dili və fransız dili müəllimliyi üzrə olacaq. İmtahana qeydiyyat 13:50-dən 14:50-yə qədər davam edəcək, 15:00-da imtahan başlayacaq. İkinci imtahan sessiyasında da 4000-dən artıq namizəd iştirak edəcək”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər