9 C
Baku
Friday, December 13, 2024

Misir 10 milyard dollar dəyərində qaz satmağı planlaşdırır

Misir 2022-2023-cü maliyyə ilində xarici ölkələrə 8.5-10 milyard dollar dəyərində təbii qaz satmağı planlaşdırır.

Bunu “Al Arabiya” telekanalına Misirin neft naziri Tarik əl-Mulla bildirib.

“İxrac üçün nəzərdə tutulan qazın həcmini artırmaq üçün elektrik enerjisi istehlakının rasionallaşdırılması üzərində işləyirik”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, soyuqların başlaması ilə Misir ixrac üçün böyük həcmdə qazı mayeləşdirmə stansiyalarına göndərə biləcək. Nazir əlavə edib ki, ötən maliyyə ilində Misir 6.5 ​​milyard dollardan çox yanacaq ixrac edib.

Qeyd edək ki, Misirin təbii qaz ehtiyatları 2.2 trilyon kubmetr qiymətləndirilir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər