19 C
Baku
Thursday, April 25, 2024

Misir koronavirusun dördüncü dalğasını elan edib

Misir koronavirusun dördüncü dalğasının başladığını elan edib.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin müşaviri Məhəmməd Taq ed-Din məlumat verib.

“Biz koronavirus pandemiyasının dördüncü dalğasına qədəm qoyduq. Yoluxanların sayı günü-gündən artır. Dalğanın zirvəsinə çatdıqdan sonra göstəricilər düşəcək”, – deyə müşavir qeyd edib.

Onun sözlərinə görə, yeni yoluxanların əksəriyyətinin vəziyyəti yüngül və ya orta səviyyədə olaraq qiymətləndirilir. Məmur vətəndaşlara dini bayramlar və konsertlər də daxil olmaqla, kütləvi yığıncaqlardan çəkinməyin vacibliyi barədə xəbərdarlıq etdiyini söyləyib.

Qeyd edək ki, Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir gündə 184 nəfər yoluxub, onlardan 8 nəfər ölüb. Ümumilikdə, pandemiya başlayandan bəri ölkədə 286 mindən çox insan yoluxub, 16 mindən çoxu ölüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər