16 C
Baku
Thursday, March 28, 2024

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına səfərə gələn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verib.

Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Ilham Əliyev Əbdulfəttah Əs Sisi7 63d4c2564fd6863d4c2564fd69167488776563d4c2564fd6463d4c2564fd67 Ilham Əliyev Əbdulfəttah Əs Sisi6 Ilham Əliyev Əbdulfəttah Əs Sisi

Son xəbərlər
Digər xəbərlər