5 C
Baku
Saturday, December 14, 2024

Misirdə $1.2 mlrd. dəyərində neft və qaz quyuları qazılacaq

Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyinin yaydığı məlumata görə, 2024-2025-ci maliyyə ili ərzində ümumi sərmayəsi 1.2 milyard dollar olan neft və qaz quyuları üçün 110 kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

Bu barədə ölkənin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi bildirib. Yeni hökumətin proqramını nəzərdən keçirən görüşdə Bədəvi Misirin 586 kəşfiyyat neft və qaz quyusuna sahib olacağını və 2030-cu ilə qədər ümumi sərmayənin 7.2 milyard dollar təşkil edəcəyini söyləyib.

Kəşfiyyat fəaliyyətinə gəlincə, nazir izah edib ki, hazırda neft və qazın tədqiqi, onların kəşfiyyatı sahəsində 40 tərəfdaşla bağlanmış 145 öhdəlik müqaviləsi qüvvədədir.

O, kəşfiyyat fəaliyyətində çətinliklər olduğunu, xüsusən investisiya imkanları və onu müşayiət edən iqtisadi stimullar təklif etmək üçün regional rəqabətin, eləcə də tədqiqat və kəşfiyyat işlərinin ləng həyata keçirildiyini qeyd edib.

Nazir bildirib ki, çətinliklərin aradan qaldırılmasıyla bağlı mövcud və gələcək imkanlar üçün yeni stimulların, o cümlədən qeyri-ənənəvi su anbarlarının yaradılması, yeni investisiyaların cəlb edilməsi üçün isə qlobal marketinq planının hazırlanması və Misir Kəşfiyyat və Hasilat Portalı vasitəsilə qlobal təkliflərin təqdim edilməsi kimi planlar nəzərdə tutulub.

Misir neft və mayeləşdirilmiş təbii qaz üçün regional ticarət mərkəzinə çevrilməyi hədəfləyir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər