6 C
Baku
Sunday, December 15, 2024

“Mitsubishi” yeni elektrik krossoverini təqdim edib – Fotolar

“Mitsubishi” Çinin Quancou şəhərində Yaponiyanın “GAC” şirkəti ilə birgə hazırladığı yeni “Airtrek” elektrik krossoverini təqdim edib.

d24bb5c797779c0a59c4f5d7e494aafab5ba9871

Banker.az xəbər verir ki, avtomobil 184 at gücünə malik elektromühərriklə təchiz edilib. Verilən məlumata görə, krossover bir şarjla konfiqurasiyadan asılı olaraq 400 və 600 km məsafə qət edir.

7fd33d121d296ecb69241f83eb9b7370ee0d5ef2

Ölçü baxımından “Airtrek” yenilənmiş “Eclipse Cross” və yeni “Outlander” arasındadır: elektromobilin uzunluğu 4.63 m, təkərlər arası məsafə isə 2.83 m təşkil edir. Krossoverin əsasında “GEP” (GAC Electric Platform) platforması dayanır.

bfc604a773504c545cac8c358afc001467d52a0e

Xatırladaq ki, “Mitsubishi” şirkəti “Airtrek” adından daha əvvəl də istifadə edib – 2001-ci ildən 2008-ci ilədək Yaponiya bazarında bu ad altında birinci nəsil “Outlander” satılıb.

3fe37b05e27d0a129a3940e59c9db36c128379bc

“Mitsubishi Airtrek”in istehsalı 2022-ci ildə başlayacaq. Satışların başladığı tarix və qiymətlər bir qədər sonra açıqlanacaq.

315cff45a971991cde17b0368dff7fba1b2600c2 c3a08e561794a7db735e594c54cdcc23635bc917 3c5eb9fa8fe8b63189ded5224d64167bf5ccd3a7 2022 mitsubishi airtrek 7 710x399 1

Son xəbərlər
Digər xəbərlər