5 C
Baku
Saturday, December 14, 2024

“MKT İstehsalat Kommersiya” MMC-də yeni təyinat

“MKT İstehsalat Kommersiya” MMC-nin Təsisçisinin 5 iyun 2024-cü il tarixli qərarı ilə Rövşən Süleyman oğlu Mahmudov “MKT İstehsalat Kommersiya” MMC-nin İcraçı Direktoru vəzifəsinə təyin edilib.

Rövşən Mahmudov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Maliyyə və Enerji və Neft-kimya sənayesinin idarə edilməsi”, BƏƏ və ABŞ-də biznesin və təchizat zəncirinin idarə olunması ixtisası üzrə təhsil almışdır.

24 ildən artıq peşəkar iş təcrübəsinə sahib Rövşən Mahmudov Türkiyə, Qətər, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, İspania və Venesuela kimi ölkələrdə irimiqyaslı layihələrdə işləmişdir və beynəlxalq iş təcrübəsinə malikdir.

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com/

Son xəbərlər
Digər xəbərlər